İlk dəfə Amsterdamda Azan səsgücləndiricilər vasitəsilə  səslənib

İlk dəfə Amsterdamda Azan səsgücləndiricilər vasitəsilə səslənib

Hollandiyanın paytaxtı Amsterdamda ilk dəfə məsciddən azan yüksək səslə səslənib.

Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, səsgücləndiricilər vasitəsilə cümə namazına çağırış üçün icazə Blauve məscidi tərəfindən alınıb.

Bu yerli sakinlər və məscidə gələnlər arasında böyük marağa səbəb olub, belə ki, onlar bu hadisəni mobil telefonları ilə çəkiblər.

İlk dəfə olaraq səsgücləndiricilər vasitəsilə azanın səsləndirilməsi keçən cümə günü təyin edilmişdi, lakin naməlum şəxslər səs kabelini kəsiblər.

Dini qurumun nümayəndəsi Nurdin Vildeman Anadolu agentliyinin müxbirinə verdiyi müsahibədə qeyd edib ki, gecikməyə baxmayaraq, Hollandiya paytaxtında azanın səsgücləndiricilər vasitəsilə səsləndiyinə görə məscid ziyarətçiləri "xoşbəxt və qürurludurlar".

Qeyd edək ki, Hollandiyada 500-ə yaxın məscid var, bunlardan yalnız 7 %-də azan səsgücləndiricilər vasitəsilə səslənir.

Google+ WhatsApp ok.ru