İlk kosmik teleportasiya həyata keçirilib 15 İyul 2017 01:00 Maraq dünyası Çinin Şanxay Universitetinin fiziklər qrupu tarixdə ilk dəfə kosmik kvant teleportasiyasını həyata keçirib. Alimlər “Mozi” peykindən Yerə hissəciyin vəziyyəti barədə informasiyanı uğurla ötürüb. Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, 16 avqust 2016-cı ildə buraxılan “Mozi” Yerə kvant informasiyanın ötürülməsi üçün nəzərdə tutulan dünyanın ilk aparatıdır. Alimlər qrupunun rəhbəri Tsyan-Vey Pan qeyd edib ki, uğurlu sınaq bəşəriyyət üçün uzaq teleportasiyaya yol açır və kvant internetinin yaradılması istiqamətində atılan ilk addım olacaq. Qlobal internet texnologiyasının əsas üstünlüyü kimi dinləmələrdən 100 faizlik mühafizənin təmin edilməsi göstərilir. Belə ki, kvant mexanikası qanunlarına görə, işıq hissəciklərinin vəziyyətini təkrarlamaq qeyri-mümkündür. Teqlər : #İlk kosmik teleportasiya həyata keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Britaniyalı alimlər aritmiyanı yüksək dəqiqliklə aşkar edən alqoritm yaradıb Dünyada ən nazik oyun noutbuku təqdim edilib