London küçələrini “Səninləyik ya Hüseyn!” sədaları bürüdü - FOTO 24 Sentyabr 2018 01:00 Xəbərlər Məhərrəmlik matəm mərasimləri çərçivəsində Londonda minlərlə Hüseynsevərin qatıldığı matəm yürüşü keçirilib. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Londonun Alulbeyt müəssisəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə İmam Hüseynin (ə) mütəhhər hərəminin maketi də gəzdirilib. Tədbirdə “Aşura hüzn günü” teatrı canlandırılıb. İmam Hüseynin (ə) insanlıq adına böyük bir qiyam həyata keçirdiyi, cəmiyyətdə ədalət və azadlığın hakim olması üçün qiyam etdiyi qeyd olunan proqramda, İmam Hüseynin (ə) həqiqi bir insan haqları müdafiəçisi olduğu vurğulanıb. Progamda mərsiyələr oxunub və London küçələrində sinəzənlər edilib. Teqlər : #London küçələrini Səninləyik ya Hüseyn! sədaları bürüdü FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda silah sərgisi keçiriləcək Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı təklif edib