London metrosunda partlayışda 20 nəfər yaralanıb - YENİLƏNİB

London metrosunda partlayışda 20 nəfər yaralanıb - YENİLƏNİB

London metrosunda baş verən partlayış zamanı çoxlu sayda insan müxtəlif yanıq xəsarətləri alıb.
  
APA-nın “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı ən az 20 nəfərin yaralandığı deyilir.
 
Partlayışla əlaqədar əraziyə 58 yanğınsöndürən briqadası cəlb edilib.
 
Hadisənin terror olduğu ehtimal edilir.
 
***
 
Böyük Britaniyanın paytaxtı Londonda metroda partlayış baş verib.
 
Partlayış qatarlardan birində qeydə alınıb.
 
"The Sun" qəzeti xəsarət alanların olduğu barədə məlumat verib. Məlumata görə, yaralananlar əsasən yanıq xəsarətləri alıblar.
 
Hazırda hadisə yerinə fövqəladə xidmət əməkdaşları və polis cəlb olunub.
 
İnsident baş vermiş "Parsons-Qrin" metro stansiyasının ətrafı nəzarətə götürülüb.(trend)

Google+ WhatsApp ok.ru