London aeroportunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

London aeroportunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Londonun “Stansted” aeroportunda terror aktı törətməkdə şübhəli bilinən 37 yaşlı kişi saxlanılıb. Bu barədə “Skotland Yard”ın bəyanatında bildirilir.   
 
Məlumata görə, saxlanılma Mançesterdə törədilən terror aktı ilə əlaqəli deyil.  
 
Şübhəli şəxs mayın 23-nə keçən gecə Türkiyəyə uçan təyyarəyə minərkən saxlanılıb. Saxlanılma onun bir müddət əvvəl Suriyaya etdiyi səfərlə bağlıdır.   
 
Polis əməkdaşlarının  hazırda Londonun şimalındakı iki ünvanda axtarış keçirdiyi bildirilir.  
 
Qeyd edək ki, Böyük Britaniyada bundan əvvəl terror təhlükəsinin səviyyəsi “ciddi”dən “kritik”ə yüksəldilib. Bu o deməkdir ki,  Əhalinin sıx toplaşdığı yerlərdə təhlükəsizliyin təmin edilməsinə hərbçilər cəlb olunacaq.
 
Xatırladaq ki, Mançesterdə konsert zamanı kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. (apa) /

Google+ WhatsApp ok.ru