London Avropaya 60 milyard avro `boşanma pulu` ödəməli olacaq

London Avropaya 60 milyard avro `boşanma pulu` ödəməli olacaq

"The Guardian" yazır ki, Almaniya kansleri Angela Merkel bütün Avropa İttifaqını Britaniyanın baş naziri Theresa May-lə üz-üzə qoyan çıxış edib.
Xanım Merkel deyib ki, Birləşmiş Krallığın Avropa İttifaqı qarşısında "maliyyə öhdəlikləri" məsələsi müzakirə olunmadan, Londonla Brüssel arasında gələcəkdə qurulacaq münasibətləri müzakirə etməyin mənası yoxdur.
Theresa May ölkəsinin Aİ-dən çıxmasına start verən 50-ci maddəni işə salandan bəri ilk dəfə olaraq Almaniya parlamenti qarşısında çıxış edən Merkel deyib ki, Britaniya siyasətçiləri hələ də "xam xəyallarla" yaşayırlar, bir çox imtiyaz və hüquqlarını ittifaqdan çıxandan sonra da saxlayacaqlarına ümid edirlər.
"Üçüncü ölkələr, - Böyük Britaniya da belə bir ölkə olacaq, - Avropa İttifaqı üzvləri ilə eyni və hətta onlardan daha böyük hüquqlara malik ola bilməzlər və olmayacaqlar" - deyib xanım Merkel.
Avropa liderlərinin belə sərt mövqeyi Britaniyada bir çoxlarını narahat edir. Bu narahatlıq ondan qaynaqlanır ki, acığa düşən mühafizəkar rəsmilər Aİ-dən heç bir saziş bağlamadan çıxmaq istəyə bilərlər.
Belə olduqda Britaniyada fəaliyyət göstərən bir sıra xarici şirkətlər qibtəolunmaz vəziyyətdə qalacaq.
Məqalədə deyilir ki, insafən Berlin rəsmiləri Londonun "boşanma haqqı" kimi 60 milyard avronun dərhal ödənilməsi tələbindən azad edilməsi yollarını axtarırlar.
Almaniya hökumət mənbələri bildirirlər ki, Britaniya Aİ-dən çıxmaq barədə danışıqların başlanması üçün pensiyalar, büdcə, inkişaf fondları kimi sahələrdə öz payına düşən vəsaiti ödəməlidir.
Belə yanaşma London rəsmilərini narahat edir. Onlar Aİ-dən çıxmaqla, Aİ ilə gələcək münasibətlər məsələsinin eyni vaxtda müzakirə olunmasını istərdilər.
"The Guardian" yazır ki, bəzi təhlilçilərin firkincə, xanım Merkelin sərt danışığına qarşıdan gələn Almaniya seçkisi də səbəb ola bilərdi.(bbc)
 

Google+ WhatsApp ok.ru