Londonda Bəhreynin 14 fevral inqilabı münasibətilə aksiya keçirildi - VİDEO

Londonda Bəhreynin 14 fevral inqilabı münasibətilə aksiya keçirildi - VİDEO

-- Bəhreyn xalqı Ali Xəlifə rejimi və ölkədəki avtoritarlıqdan xilas olmağa qadirdir...

Bəhreynin müxalifət bloku 14 fevral inqilabının yeddinci ildönümü münasibətilə fevralın 11-i Böyük Britaniyanın paytaxtı Londondakı Zəfər tağı abidəsinin qarşısında sərgi və çıxışlardan ibarət aksiya keçirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, aksiyada çıxış edən professor Rodni Şekspir Britaniyanın Ali Xəlifə rejiminə dəstək verən siyasətini qınayıb. O, rejimin neçə illərdir inqilab alovunu söndürmək üçün cinayətlər və qanun pozuntularına da toxunaraq, səbir və səbatlığı ilə qələbəyə doğru irəliləyən Bəhreyn xalqına və 7 illik inqilabına dəstəyini bildirib.
 
Bəhreyn müxalifətinin liderlərindən doktor Səid Əl-Şəhabi də Bəhreyn xalqının Ali Xəlifə rejimi və ölkədəki avtoritarlıqdan xilas olmağa qadir olduğunu bildirib.
 
Hüquq müdafiəçisi Zina Tahir isə çıxışında, 2017-ci ilin yanvar ayında Ali Xəlifə rejimi tərəfindən 3 fəalın edam olunmasına toxunaraq, rejimin Bəhreyn vətəndaşlarının inqilabdan imtina etmələri üçün tətbiq etdiyi amansız cəzalarından danışıb.
 
Fatimə Musa isə, Bəhreyndə həbs edilən qadınlar və onların Ali-Xəlifə həbsxanalarında üzləşdiyi əziyyətlərdən danışıb.
 
Britaniyanın Həmkarlar İttifaqı fəallarında David Benz də Bəhreyndəki avtoritar rejimə Britaniyanın dəstəyi haqqında danışıb və bu ölkədə vətəndaşlar, fəalları və müxaliflərə qarşı pozuntuları və cinayətlərin davam etdiyini qeyd edib. David Benz bu rejimin Britaniyanın mühafizəkar hökumətinin dayandığını bildirib. O, Britaniya xalqından Yaxın Şərqdə diktator rejimləri dəstəkləyən hazırkı Britaniya hökumətinin siyasətini dəyişdirməsini istəyib.
 

Google+ WhatsApp ok.ru