Londonda Fələstin xalqına dəstək mərasimi keçirilib

Londonda Fələstin xalqına dəstək mərasimi keçirilib

Londonda məzlum Fələstin xalqına dəstək məqsədi ilə çox sayda fəallın iştirakı ilə sərgi keçirilib. 
 
Maide.İnfo Presstv-yə istinadən xəbər verir ki, sionist lobbilərin və İngiltərə rəsmilərinin təzyiqlərinə baxmayaraq Avropada Fələstin xalqına dəstək məqsədilə təşkil olunan ən böyük mərasimlərindən biri baş tutub. 
 
Sərgi ötən gün “Ekspo-Fələstin” adı ilə Londonun mərkəzində, İngiltərə parlamentinin qarşısında keçirilib. Mərasimin “əl-Əqsanın dostları” adlı qrup tərəfindən təşkil olunub. İki günlük sərgini ləğv etmək üçün sionist lobbiləri və hətta İngiltərə dövləti çox təzyiq göstərib.  
 
Belə ki, sionist rejimin sərt himayədarlarından olan İngiltərə parlamentinin mühafizəkar nümayəndəsi Sacid Cavid hədələyərək bildirmişdi ki, Fələstinə dəstək olan bu böyük mərasimi ləğv edəcək.
 
İkigünlük sərgidə minlərlə nəfər iştirak edib. Bu ekspoda Fələstinin mədəniyyəti, tarixi və yeməkləri sərgilənib və insanların geniş marağına səbəb olub. /

Google+ WhatsApp ok.ru