Londonda `Quran: mətn, tərcümə və mədəniyyət` mövzusunda konfrans keçiriləcək

Londonda `Quran: mətn, tərcümə və mədəniyyət` mövzusunda konfrans keçiriləcək

-- noyabr ayında

London Universitetində Şərq və Afrika Araşdırmalarının (SOAS) 10-cu Konfransı Quran mövzuna həsr olunub. 
 
Maide.Az "Clisel.com" saytına istinadən xəbər verir ki, "Quran: mətn, tərcümə və mədəniyyət" mövzusunda keçirilən konfransa başlığı altında keçiriləcək.
 
İki günlük konfras cari ilin noyabr ayının 9-da  Quran və onun təfsiri baxımından  müxtəlif aspektləri öyrənmək məqsədilə öz işinə başlayacaq. 
 
Konfransda akademiklər,  mütəxəssislər və din alimləri iştirak edəcək.   Quranın mətni,  əlifbasının tarixi,  tərcüməsi, Qurani – Kərim və hüquqi  ənənələr,  Quran və  əxlaq mövzusunda  müzakirələr aparılacaq. 
 
Konfransda iştirak etmək istəyənlər  aprel ayının 30-dək öz məqalələrini  konfransın katibliyinə göndərə bilər.  
 
Maraqlanan  şəxslər daha ətraflı məlumat üçün London Universitetində Şərq və Afrika Araşdırmaları Universitetinin informasiya mərkəzinə müraciət edə bilər.
 

Google+ WhatsApp ok.ru