Londonda İmam Hüseynin (ə) adında ən böyük qanvermə aksiyası keçirildi 17 İyul 2017 01:00 Dünya Londonda İmam Hüseynin (ə) adında ən böyük qanvermə aksiyası keçirilib. Qanvermə aksiyası Böyük Britaniya Səhiyyə Nazirliyi və Müsəlman Tələbələr Birliyinin əməkdaşlığı ilə Londondakı İslam Mərkəzində təşkil olunub. Qanvermə aksiyası komitəsinin məsullarından Mustafa Xan açıqlamasında, müsəlmanların qanvermə aksiyasına böyük maraq göstərdiyini bildirib. O, keçən ildən etibarən Böyük Britaniya Səhiyyə Nazirliyi ilə müqavilə bağladıqlarını və əməkdaşlığın çox yaxşı bir şəkildə davam etdiyini söyləyib. Mustafa Xan, hazırda Böyük Britaniyanın 25 şəhərində qanvermə aksiyasının keçirildiyini bildirərək, növbəti addımlarının bu aksiyanı ölkə miqyasında təşkil etmək olacağını deyib. Böyük Britaniya İslam Mərkəzinin sədri Məhəmməd Əli Şumali də açıqlamasında, qanvermə aksiyasının müsəlmanlarla bağlı bəzi mənfi düşüncələri aradan aparacağını bildirib: “Bu aksiya hər kəsin İslamın bəşəriyyətə xidmət etməyə nə qədər əhəmiyyət verdiyini və bəşəriyyətin qorunmasının İslamda çox böyük yerinin olduğunu görmələri baxımından mühümdür”. (deyerler) Teqlər : #Londonda İmam Hüseynin (ə) adında ən böyük qanvermə aksiyası keçirildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Trilyon-trilyon borcu olan ölkələr... Əfqanıstanda 17 nəfər daşqınların qurbanı olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO