Londonda Şeyx İsa Qasımın qeyri-müəyyən müalicə prosesi

Londonda Şeyx İsa Qasımın qeyri-müəyyən müalicə prosesi

-- Onu görmək üçün şərait yaradılmır

Hal-hazırda Şeyx İsa Qasımın vəziyyəti və London xəstəxanasındakı müalicə prosesi haqqında dəqiq məlumat verilmir. Bunu İngiltərədə yaşayan Bəhreyn siyasi müxalifətçisi Səid Şahabi deyib. 
 
Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, S.Şahabi, Bəhreyn hökumətini şiə din alimini hədəf almaqda ittiham edib və Şeyx İsa Qasımın Londona müalicə üçün getməsinə baxmayaraq hələ də Bəhreyn rejiminin nəzarəti altında olduğunu bildirib. 
 
S. Şahabi bildirib ki, din alimləri və bir çox fəallar şiə din aliminin vəziyyəti ilə bağlı məlumat almaq üçün onu görmək istəyir. Lakin buna şərait yaradılmır, yalnız müalicənin davam etdiyi söylənilir. 
 
Bəhreyn şiə lideri, keçən həftə bazar ertəsi günü xəstəliyinin pisləşməsinin ardınca həkimlərin tövsiyəsi ilə müalicəsini davam etdirmək üçün Bəhreyni tərk edərək Londana aparılıb. 

Google+ WhatsApp ok.ru