Londonda ən böyük Aşura mərasimi keçirilib

Londonda ən böyük Aşura mərasimi keçirilib

Çərşənbə axşamı dünyanın müxtəlif ölkələrindən olan minlərlə şiə imam Hüseyinin (ə) matəmi günündə London küçələrinə çıxdılar.
 
Maide.Az xəbər verir ki, yürüşdə İmam Hüseynin (ə) adı yazılmış bayraqları tutan müsəlman oğlanlar, qızlar və qadınlar iştirak edirdi.
 
 Londonun Alulbeyt müəssisəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə İmam Hüseynin (ə) mütəhhər hərəminin maketi də gəzdirilib. Tədbirdə “Aşura hüzn günü” teatrı canlandırılıb.
 
Həmçinin bildirilir ki, dünən axşam Londonun İslam mərkəzlərində “Şami Qariban” münasibəti ilə xüsusi proqramlar keçirilib.
 
Dünən çərşənbə axşamı, Qəməri təqviminə görə 1441-ci il Məhərrəm ayının 10-cu günü, 10 sentyabr 2019-cu il üçüncü şiə imamı Hüseyn (salam olsun) və onun silahdaşlarının şəhid olmasının ildönümü ilə üst-üstə düşdü.

Google+ WhatsApp ok.ru