Londonda donuz əti və alkoqola yox dedilər

Londonda  tanınmış otelin sahibi dəyişildikdən sonra, alkoqol satışını qadağan edilib.

Maide.az-ın məlumatına görə, otelin yeni sahibi spirtli içkilərdən qazanc əldə etmək istəmədiyini, qonaqlara yalnız sərinləşdirici içkilər təklif edəcəyini bildirib.
Bermondsey Square Hotel nümayəndəsi bildirib ki, "Biz daha spirtli içkilər satmırıq, oteldə spirtsiz içkilərin geniş seçiminə diqqət etməyə çağırırıq".
Digər yerli KİV-lərin məlumatına görə, otelin 80 nömrəsində donuz əti qadağan olunub,lakin qadağa hələ təsdiqlənməyib.
Çox güman ki, yeni qanunlar müsəlmanları və Yaxın Şərqdən gələn qonaqları cəlb edəcək. //

 

Google+ WhatsApp ok.ru