Londonda Hicabın fəlsəfəsi ilə tanışlıq kursu keçiriləcək

Londonda Hicabın fəlsəfəsi ilə tanışlıq kursu keçiriləcək


İngiltərənin paytaxtı Londonda hicabın fəlsəfəsi ilə tanışlıq və Qərb ölkələrində hicabla bağlı problemlərin həlli yolları təlim kursu keçiriləcək.

Maide.Az İQNA-a istinadla xəbər verir ki, kurs 14 İyul 2019-cu il, London şəhəri yaxınlığındakı İlford rayonunun "əl-Ənsar" təlim mərkəzində keçiriləcək. 


Bir günlük təlim kursu Londonda yaşayan sosial və maarifçi müsəlman aktivistlərin təşəbbüsü ilə təşkil ediləcək.

Bu kursda müsəlman qızlar və onların valideynləri hicabın fəlsəfəsi ilə tanış olacaq və hicablı qızların Qərb cəmiyyətində üzləşdiyi problemlərin həlli yolları öyrəniləcək.

Google+ WhatsApp ok.ru