Londonda Islami moda sərgisi keçirilib

Londonda İslami moda sərgisi təşkil olunub.
 
Maide.Az-ın məlumatına görə, "Saverah Expo" sərgisinin keçirilmə məqsədi xanımlara yönəlmiş müsəlman biznesinin nümayişi olub.
 
Sərgidə "İslamda qadın", "təvazökar" moda, halal kosmetika, zərgərlik bəzəkləri, Ramazan ayının gəlişi münasibətilə təbrik kartları və mübarək ay üçün şokaladlar nümayiş etdirilib. 
 
Tədbirdə 90-na yaxın şirkət öz mallarını iştirakçılara göstərib. Sərgidə 5-mindən çox insan iştirak edib. 
 
Həmçinin, tədbirdə bank və vəkil nümayəndələri öz bilik və ustad dərslərini tədbir iştirakçılarilə bölüşüblər. 
 
"Bununla biz müsəlman xanımları təşviq etmək istədik. Müsəlmanların səsi və həyat tərzi var. Biz bizneslə məşğul olub, haqqımızda olan yalan streotipləri dağıdırıq.",-deyə rəsmi təşkilatçı Şaziyə Ramazan bildirib.
 
Qeyd edək ki, ekspertlərin fikirincə, artıq 2020-ci ildə qlobal İslam moda bazarının dövriyyəsi 327 milyar dollar olacaq. /

Google+ WhatsApp ok.ru