Londonda islamofobiyaya qarşı mitinq keçirildi - VİDEO

Londonda islamofobiyaya qarşı mitinq keçirildi - VİDEO

Böyük Britaniyanın paytaxtı Londonda islamofobiyaya qarşı mitinq keçirilib.
 
"İrqçiliyə qarşı ayağa qalx!" adlı vətəndaş cəmiyyəti tərəfindən təşkil olunan aksiyada iştirak etmək üçün vətəndaşlar şəhərin şərqindəki Stratford səmtinin metro stansiyası qarşısında toplaşıb.
 
İslam əleyhinə nifrət cinayətlərindən əziyyət çəkən insanlara dəstək və bu insanlarla həmrəylik çağırışının edildiyi mitinqdə, keçən ay Londonun şərqində işıqforda gözləyən avtomobilə yaxınlaşan bir təcavüzkarın atdığı turşuyla yaralanan 2 müsəlman da yad edilib.
 
"İslamafobiyaya yox!", "Nifrətə yox"! yazılı plakatlar daşıyan nümayişçilər həmin hücumda yaralanan 37 yaşlı Cəmil Muxtar ilə eyni maşında olan 21 yaşlı Rəşam Xanaya dəstəklərini bildirib. (deyerler) / 
 
Image result for Londrada islamofobi karsiti gosteri
 
Image result for Londrada islamofobi karsiti gosteri

Google+ WhatsApp ok.ru