Londondakı hərracda tarixi Quran nüsxəsi satılır

Londondakı hərracda tarixi Quran nüsxəsi satılır

Londonun "Christie's" auksion mərkəzində  islami incəsənət əsərləri satışa çıxarılıb. 
 
Maide.Az “İQNA”a istinadən xəbər verir ki, ötən gün keçirilən auksionda satılan əsərlər arasında Qurani-Kərimin qədim və tarixi əlyazma nüsxələri də olub. 
 
Qurani-Kərimin bu auksionda satışa çıxarılan qədim və tarixi əlyazma nüsxələrindən biri də Məmlükların dövrünün şahlarından birinin adı ilə tanınmış "Sultan Qaytabay Quranı" nüsxəsidir. 
 
Bu nüsxənin 20 kq. çəkisi var. Nüsxə Məmluklar sülaləsinin axırıncı padşahı Sultan Qaytabayın (1468-1496) xüsusi sifarişi əsasında yazılıb. Bu nüsxənin təqribi qiyməti 500 min funt sterlinq dən  800 min funt sterlinq dək elan edilib.  
 
Auksionda satışa çıxarılan İslam İncəsənəti Əsərlərindən biri də İran İslam Respublikasına aid olub. Bu əsər 17-ci əsrdə Şah Abbas Səvəfinin göstərişi ilə iki nəfis İsfahanda toxunulmuş xalçadır.  
 

Google+ WhatsApp ok.ru