Londonda müalicə alan Ayətullah İsa Qasımın  ilk video görüntüsü yayıldı -VİDEO

Londonda müalicə alan Ayətullah İsa Qasımın ilk video görüntüsü yayıldı -VİDEO

-- bir qrup din alimi və fəal Ayətullah İsa Qasimi ziyarət edib

Ötən gün bir qrup din alimi və fəal Ayətullah İsa Qasimi ziyarət edib.
 
Maide.Az "hawzahnews" ə istinadən xəbər verir ki,  Ayətullah İsa Qasim Lonodona aparıldıqdan sonra xəstəxanaların birində yerləşdirilib.   Uzun müddət  din alimləri və bir çox fəallar şiə din aliminin vəziyyəti ilə bağlı məlumat almaq üçün onu görmək istəsədə buna şərait yaradılmamışdı.
 
Bəhreyn rejimi icazə verdikdən sonra Ayətullah İsa Qasim müalicə üçün Londona aparılmışdı. Bu, Ayətullah İsa Qasimin il yarımdan çox  ev dustağı şəraitində qalmasından sonra baş verib.
 
Bəzi xəbər qaynaqları Ayətullah İsa Qasimin xərçəng xəstəliyinə yoluxduğunu və bu xəstəliyin ilkin mərhələdə olduğunu bildirib. 
 
Qeyd edək ki,Bəhreyn şiə lideri, təqribən 10 gün öncə xəstəliyinin pisləşməsinin ardınca həkimlərin tövsiyəsi ilə müalicəsini davam etdirmək üçün Bəhreyni tərk edərək Londana aparılıb. 
 
Maide.Az  VİDEOnu təqdim edir: 
 

 

Google+ WhatsApp ok.ru