Londonda metro işçiləri tətil etdi və...  FOTO

Londonda metro işçiləri tətil etdi və... FOTO

Xəbər verdiyimiz kimi Londonda metropoliten işçiləri 24 saatlıq tətil elan ediblər.
 
Buna səbəb metropolitendə ixtisarların aparılması  və biletlərin satış məntəqələrinin bağlanması olub.
 
24 saat ərzində Londonun əksər metro stansiyaların bağlı qalacağı bildirilir. Bununla əlaqədar, sərnişinləri daşımaq üçün marşrut xəttlərinə əlavə 150 avtobus buraxılacaq.
 
London meri Sadiq Xan metropoliten rəhbərliyini həmkarlar ittifaqı ilə danışıqları davam etdirməyə çağırıb. 
 
Maide.Az xəbər verir ki,  orta hesabla gündəlik London metrosundan 4 milyon 800 min nəfər istifadə edir. Bu tətil nəticəsində həyat demək olar ki, Londonda donub və insanlar  şəhər daxilində gediş-gəlişdə çətinliklərlə üzləşiblər.  Metronun tətil olması ilə bir çox idarə və müəssisələrin işçiləri işə getmədən evdən işlərini görmək məcburiyyətində qalıblar. 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru