Londonda qızılla işlənmiş qədim Quranlar satışa çıxarılacaq

Londonda qızılla işlənmiş qədim Quranlar satışa çıxarılacaq

III əsrdən XIII əsrə qədər olan İslam incsənət əsərləri Londonda satışa çıxarılır. 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, qızılla işlənmiş və şəkilli bir neçə Quran, eləcə də  Baburnamə ( Moğol imperiyasının banisi və Əmir Teymurun nəticəsi Zəhirəddin Məhəmməd Baburun (1483-1530) yazdığı əsər.) əsəri Londonda şatışa çıxarılır. 
 
Bu satış sərgisi “İslam və Hindistan incəsənəti” adı ilə bu həftənin cümə axşamı sərgiləncək. Bu sərgi rəhbərliyi bildirdi ki, bu əsərlər İslam dünyasının müxtəlif bölgələrinə - Hidinstandan İspaniyaya qədər olan ərazilərə aiddir.
 
Sərgidə İslamın ilkin dövrünə aid olan dəri üzərində xəttatlıq nümunəsi, İslam və Hindistan nağıllarını əsk etdirən rəsmlər də nümayiş olunacaq.
 

Google+ WhatsApp ok.ru