Londonda taksi sürücüləri aksiya keçirdi -FOTO

İngiltərənin paytaxtı Londonda minlərlə taksi sürücüsü etiraz aksiyası keçirib. 
 
Maide.az xəbər verir ki, taksi sürücülərinin etiraz aksiyası Londonda gediş-gəlişi iflic edib. 
 
Məlumata görə, aksiyada 8 min taski  iştirak edib. Onlar  Londonda “Uber” özəl sərnişin daşıma şirkətinin fəaliyyətinin təksilərlə rəqabətinə etiraz ediblər. 
 
Uber şirkəti Almaniya, Fransa və İspaniya kimi ölkələrdə fəaliyyətə başladığı gündən bu ölkələrdə taksi sürücülərinin etirazına səbəb olub. Taksi sürücüləri Uber şirkətinin fəaliyyətini ticarətdə rəqabət qanunlarına zidd olduğunu bildirirlər. /
 
 
 
 

Google+ WhatsApp ok.ru