Londonda Yəmən müharibəsinin dayandırılması üçün aksiya keçirildi -FOTO

Londonda Yəmən müharibəsinin dayandırılması üçün aksiya keçirildi -FOTO

Böyük Britaniyada bir sıra fəallar Londonda Yəməndəki müharibəyə son qoymağa çağırış edən etiraz aksiyaları keçiriblər.
 
Paytaxt Londondakı insan haqları fəallarının etiraz aksiyaları vaxtı Səudiyyə rejiminin səfirliyinə gedən avtobusa minərək, Yəməndəki müharibənin dayandırılmasını tələb edən plakatlar qaldırıblar.
 
Etirazçılar Britaniya rəhbərliyindən Səudiyyə rejiminə və BƏƏ-yə silah satışının dayandırılmasını da tələb ediblər. Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid əleyhinə plakatlar tutan etirazçılar, Səudiyyə rejiminin rəsmilərini dünyada siyasi fəalları təqib etməkdə və onlara zərər verməyə çalışmaqda günahlandırıblar.
 
Etirazçılar, həmçinin ağır itki verən və müdafiəsiz olan Yəmən xalqına dəymiş zərərin dayandırılmasının vacibliyini vurğulayıblar./abna/
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru