London dünyanın ən bahalı şəhəri seçildi

Dünyanın ən bahalı şəhərlər siyahısında, London birinci yerdədir. 

Maidə.az-ın London Evening Standard dərgisinə istinadən verdiyi məlumata görə, Britaniya paytaxtında yaşayış və iş xərcləri ötən illərin lideri olan Honkong şəhərinin rekodrlarını qırıb. Bundan əlavə, London Nyu York və Parisidə kölgədə qoymağı bacarıb. 

Bundan öncə dünya reytingində liderlik edən Honkong şəhəri idi.

Məlumata əsasən, son aparılan 12 hesabatın rəqəmlərinə əsasən, Londonda kirayə mənzilin bir illik xərci 73 800 funt sterling təşkil edir. 

Ekspertlər hesab edirlər ki, bu cür yüksək giymətlər yaxın gələcəkdə iqtisadiyyata mənfi təsir göstərəcək, Britaniyanın paytaxtının mərkəzi onun öz yerli sakinləri üçün belə əlçatmaz ola bilər. //

Google+ WhatsApp ok.ru