İlon Mask 1 milyon ağac hədiyyə etdi 30 Oktyabr 2019 16:47 Maraq dünyası Məşhur “YouTube” bloggeri MrBeast tərəfindən iqlim dəyişikliklərinə qarşı başladılan “20 milyon ağac” aksiyasına məşhurlar tərəfindən dəstək gəlib. Maide.az “Posta”ya istinadən xəbər verir ki, məşhur biznesmen, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask 1 milyon ədəd ağac əkilməsi üçün 1 milyon dollar bağışlayıb. Maskdan başqa MrBeast özü 200 min, “Twitter”in qurucusu Cek Dorsi isə 150 min dollarlıq dəstək göstərib. Qeyd edək ki, layihə çərçivəsində bütün bütün qitələrdə ağac əkilməsi nəzərdə tutulub. Hazırda layihə çərçivəsində https://teamtrees.org/ vasitəsilə 7 milyon 972 min 080 dollar yardım toplanıb. Teqlər : #İlon,#Mask,#milyon,#ağac,#hədiyyə,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘WhatsApp’ İsrail şirkətini casusluq etdiyi üçün məhkəməyə verdi ‘Twitter’ bütün siyasi reklamların qadağan edilməsinə qərar verdi