Lütfi Zadə ilə vida mərasimi başlayır

Lütfi Zadə ilə vida mərasimi başlayır

Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayır.
 
Onun cənazəsi "Heydər" məscidindən AMEA-nın Əsas binasına gətirilib.
 
Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edəcək.
 
Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.
 
Xatırladaq ki, Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadə fevral ayının 4-ü 1921-ci ildə Bakıda dünyaya gəlib, sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Onun cənazəsi ötən gecə Bakıya gətirilib.(report) /

Google+ WhatsApp ok.ru