`Lufthansa` 150 milyon avro zərərə düşdü

"Lufthansa" pilotlarının tətili 2-ci gündür davam edir. Alman hava yolu şirkətinin günün sonunda bitəcək tətil səbəbindən 150 milyon avrodan artıq zərərə uğradığı bildirilir.
 
Maide.az xəbər verir ki, "Lufthansa" və "Germanwings" şirkətlərində işləyən təxminən 5 min 400 pilot iş şəraitləri və pensiya planları üzərindəki münaqişəyə görə tətilə çıxmaq qərarı verib.
 
Şirkətin sözçüsü Barbara Schadler bu il həmkarlar ittifaqının 9 dəfə tətil qərarı verdiyini və bu vəziyyətin də xüsusilə sadiq müştərilərini incitdiyini söyləyib.
 
Almaniyanın ən böyük hava yolu şirkəti 1350 uçuşun ləğv edildiyi 2 günlük tətildən təxminən 150 min sərnişinin ziyan görəcəyini bildirib.
 
"Lufthansa" şirkəti pilotlarda ən tez pensiyaya keçidi yaşının 55-dən 60 yaşa və vəzifədən çıxmaqda orta hesabla yaşı da 58-dən 61-ə qaldırmaq istəyir.

Google+ WhatsApp ok.ru