Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı təklif edib

Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı təklif edib

Belarus Ukrayna ilə sərhədi möhkəmləndirməlidir.
 
FaktXəbər bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasya və Dövlət Sərhəd Xidmətinin rəhbəri Anatoli Lappo ilə keçirdiyi görüşdə danışıb.
 
Prezidentin sözlərinə görə, hazırda Belarus üçün Ukrayna tərəfdən bəla, o cümlədən silah gəlir. Bu səbəbdən sərhədlər bağlanılmalıdır.
 
"Ancaq abırlı adamlar üçün deyil, silah gətirən quldurlar üçün sərhəd bağlı olmalıdır",-deyə  Aleksandr Lukaşenko əlavə edib.
 

Google+ WhatsApp ok.ru