Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib - VİDEO

Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib - VİDEO

-- Dağdan gələn qaya parçaları, daş, gil və torpaq qatı yolun hərəkət hissəsinə tökülür

Lənkəran-Lerik yolunun bir neçə hissəsində sürüşmə aktivləşib.
 
Xezerxeber.az-ın məlumatına görə, ərazidə sürüşmə daha çox yağışlı-qarlı havalarda tez-tez baş versə də, son günlər havaların quraq keçməsinə baxmayaraq aktivləşmə atıb. Dağdan gələn qaya parçaları, daş, gil və torpaq qatı yolun hərəkət hissəsinə tökülür. Bu da avtomobillərin gedib-gəlməsində maneələr yaradır.
 
Sakinlərin sözlərinə görə, sürüşmə yaya qədər davam edir. Bu vəziyyət sürücülər kimi adi vətəndaşların da işini xeyli çətinləşdirir.
 
Avtomobil Yolları Dövlət Agentliyinin yerli şöbəsindən verilən məlumata görə, ərazidə mütəmadi olaraq təmizləmə işləri həyata keçirilir.
 
 

Google+ WhatsApp ok.ru