Lənkəran teatrı İranda beynəlxalq festivalda iştirak edəcək 09 Sentyabr 2016 01:00 Mədəniyyət Sentyabrın 17-dən 19-a kimi İran İslam Respublikasının Rəşt şəhərində IX ənənəvi Beynəlxalq Meydan Teatr Festivalı keçiriləcək. Tədbirdə Azərbaycanı Lənkəran Dövlət Dram Teatrı təmsil edəcək. Teatrın direktoru Tofiq Heydərov bildirib ki, kollektiv festivala Üzeyir Hacıbəyovun felyeton və pamfletləri əsasında hazırlanmış tamaşa ilə qatılacaq. Əsas rollarda teatrın aparıcı səhnə ustaları əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, artistlərdən Miraslan Ağayev, Niftulla Əsgərov və digərləri çıxış edəcəklər. (apa) / Teqlər : #Lənkəran teatrı İranda beynəlxalq festivalda iştirak edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq Müsəlman Film Festivali öz işinə başladı Özbəkistanda Azərbaycan kəlağayıları və ipəyi nümayiş etdirilib
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək