Lənkəranda dalbadal zəlzələ olub

Lənkəranda dalbadal zəlzələ olub

Bu gün, iyulun 18-də Lənkəran rayonu ərazisində zəlzələ baş verib.
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən yayılan məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03:54-də, Lənkərandan 15 km şimal-qərbdə qeydə alınıb.
 
Maqnitudası 3.1 olan zəlzələ 10 kilometr dərinlikdə baş verib.
 
Dünən, iyulun 17-də də Lənkəran rayonu ərazisində eyni gücdə zəlzələ baş vermişdi.
 
Eyni dərinlikdə baş verən həmin zəlzələ isə gecə saat 23:55-də qeydə alınmışdı. Dağıntı və tələfat haqda məlumat verilmir. 

Google+ WhatsApp ok.ru