Lənkəranda yağan yağış bəzi fəsadlar törədib

Lənkəranda yağan yağış bəzi fəsadlar törədib

Sentyabrın 26-da Lənkəranda axşam saatlarında başlayan yağış bir sıra fəsadlara səbəb olub.
 
Güclü yağış nəticəsində şəhərin mərkəzi küçələrində yağış suları həyətlərə dolub, maşınların, piyadaların hərəkətində maneələr yaradıb.
 
Sakinlər bildirir ki, bu problem illərdir, davam edir. Problemin yaranmasına səbəb kanalizasiya xətlərinin təmirə ehtiyacının olmasıdır.
 
Qeyd edək ki, cənub bölgəsində yağıntılı hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilir.(apa) /

Google+ WhatsApp ok.ru