MÖMİNLƏRİN YÜKSƏLİŞ VƏ TƏRƏQQİ VASİTƏSİ

MÖMİNLƏRİN YÜKSƏLİŞ VƏ TƏRƏQQİ VASİTƏSİ

-- bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır...

İnsanlığın həqiqəti özünü Allaha ibadət və bəndəlikdə büruzə verir. İnsan ibadəti olmadan digər canlılardan heç bir üstünlüyə malik deyil. Belə olan halda, ancaq “təkvini dərəcə”lərdən faydalanacaq və heç bir şeyin haqqını lazımınca ödəməyəcəkdir. Allaha ibadətdən üz döndərən şəxs, həqiqətdə, insanlığın kamal yollarını öz üzünə bağlamış olur. Çünki insanlığın zirvəsinə qalxmaq, yalnız bu yolla müyəssər olur.

Böyük insanların həyat tərzinə nəzər salsaq görərik ki, Allaha bəndəlik onların yaşayış qanunlarının ayrılmaz hissəsidir. “Kəlimullah”, “xəlilullah” və “həbibullah” dərəcəsinə yüksələnlərin hamısı, məhz bu yolu başa vurmaq və bu yolun çətin, əzab-əziyyətli imtahanlarına sinə gərməklə yüksək məqamlara yüksəlmişlər. Hətta elə bir insan tapmaq olmaz ki, Allaha bəndəçilik etmədən, ixtiyari kamal dərəcələrindən birinə yüksəlmiş olsun. Bunlardan əlavə, “riza” və “yəqin” kimi dərəcələrə yüksəlişin sirrini Allaha bəndəçilikdə axtarmaq lazımdır. Allah-Taala Quranda buyurur:

وَاعْبُدْ رَبَّكَ حَتّى يَاْتِيَكَ الْيَقين

“Pərvərdigarına ibadət et ki, yəqin dərəcəsinə çatasan.” (“Hicr” surəsi, ayə 99.)

“Riza” məqamı haqqında buyurur:

...وَ سَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَ قَبْلَ غُرُوبِها وِ مِنْ آناىِ اللَّيْلِ فَسَبِّحْ وَاَطْرافَ النَّهارِ لَعَلَّكَ تَرْضى

“Günəşin çıxmasından batmasından əvvəl, qaranlıq gecənin müəyyən saatında günorta yarısında Allahı zikr et ki, riza məqamına çatasan.” (“Taha” surəsi, ayə 130.)

Xalqı Allaha doğru yönəltmək, ibadətə səsləmək və haqdan qeyrisinə pərəstiş etməkdən çəkindirmək bütün peyğəmbərlərin vəzifəsi olmuşdur:

وَ لَقَدْ بَعَثْنا فى كُلِّ اُمَّة رَسُولا اَنِ اعْبُدُوا اللّهَ وَاجْتَنِبُوا الطّاغُوتَ...

“Hər ümmətə bir peyğəmbər göndərdik ki, onlara tək olan Allaha ibadət etməyi “tağut”dan çəkinməyi çatdırsınlar.” (“Nəhl” surəsi, ayə 36.)

Quranın təkidlə vurğuladığı məsələlərdən biri də, bütün varlıqların istər-istəməz Allaha ibadət, bəndəçiliklə məşğul olmasıdır:

يُسَبِّحُ لِلّهِ ما فِى‌السَّمواتِ وَ ما فِى‌الاَْرْضِ...

Yerdə göydə olan hər şey Allahı təsbih etməklə məşğuldur.” (“Cümə” surəsi, ayə 1.)

Lakin bu cür bəndəçilik təkvini olub, insanın kamala çatmasında rol oynamır. İnsanın kamala çatması, onun öz ixtiyarı ilə Allaha bəndəçilik etməsindədir. Əgər belə olmasaydı, təkvini bəndəçilik yolu ilə, hətta dağlar, daşlar belə son kamal nöqtəsinə yüksələrdilər.

Allaha ibadətin əhəmiyyət və dəyərini bildirmək üçün Allah-Taala Quranda insan və cinləri yaratmaqda son hədəfinin ibadət olduğunu bəyan etmişdir:

وَ ما خَلَقْتُ الْجِنَّ وَالاِْنْسَ اِلاّ لِيَعْبُدُون

“Mən cinləri insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım.” (“Zariyat” surəsi, ayə 56.)

Bunlardan əlavə, pərəstiş hissi insanın fitri xüsusiyyətlərindəndir. Yəni ibadətə ehtiyac hissi insanın fitri istəyidir və biz millətlərin, dinlərin tarixinə nəzər yetirsək görəcəyik ki, tarix boyu elə bir millət, cəmiyyət tapmaq olmaz ki, onların arasında müəyyən bir ibadət və pərəstiş növü olmasın.

ALLAHA BƏNDƏÇİLİYİN MƏRHƏLƏLƏRİ

1. Allahı tanımaq:

Peyğəmbəri-Əkrəm (s) öz səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur:

يا اَباذَرٍّ؛ اُعْبُدِاللّهَ كَاَنَّكَ تَراهُ، فَاِنْ كُنْتَ لاتَراهُ فَاِنَّهُ يَراكَ،

“Ey Əbuzər! Allaha, elə idabət et ki, sanki Onu görürsən. Çünki sən Onu görməsən , O, səni görür.

Sonra o həzrət buyurdu:

وَ اعْلَمْ اَنَّ اَوَّلَ عِبادَةِ اللّهِ اَلْمَعْرِفَةُ بِهِ، فَهُوَ الْاَوَّلُ قَبْلَ كُلِّ شَىء فَلا شَىءَ قَبْلَهُ وَالْفَرْدُ فَلا ثانىَ لَهُ وَالْباقى لا اِلى غايَة. فاطِرُ السَّمواتِ وَالْاَرْضِ وَ ما فيهِما وَ ما بَيْنَهُما مِنْ شَىء وَ هُوَ اللّهُ اللَّطيفُ الْخَبيرُ وَ هُوَ عَلى كُلِ شَىء قَديرٌ.

“Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan əvvəl heç bir şey yoxdur, yeganə təkdir, bənzərsizdir, əbədidir, sonu yoxdur. Yeri göyləri, onlarda onların arasında olan hər şeyi O yaradıb. Allah mehriban, hər şeyi biləndir hər bir işə qadirdir.”

Allaha mərifətin müxtəlif mərhələləri vardır, lakin Allaha bəndəçilikdə zəruri hesab olunan ilkin mərhələ Allahı icmali olaraq tanımaqdır. İnsan bilməlidir ki, Allah vardır və O, dünya və insanın yaradıcısıdır. Əgər insan bu tanışlığı əldə edə bilməsə, Allaha ibadət mərhələsinə yüksələ bilməz. Başqa sözlə, Allaha tərəf gedən yolda Allahı tanımaq ibadətdən öndə durur.

İbadətin ilkin mərhələsinə qədəm qoyumuş insan üçün Allahın varlığı sabit olduqdan sonra Onun sifətləri və yaratdıqları barədə təfəkkür edilməlidir ki, həmin tanışlıq onun ürəyində möhkəm yer tutub, ancaq zehni tanışlıq həddində qalmasın. Daha doğrusu, həmin zehni tanışlıq canlı və fəal tanışlığa çevrilib, insanın rəftarına təsir göstərməlidir. Təfəkkürlə yanaşı tanışlığın bu mərhələsi “orta mərifət” adlandırılır. Orta mərifət öz növbəsində müxtəlif dərəcələrə və geniş üfüqlərə malikdir. İnsan ilahi ayələr üzərində təhlil aparıb təfəkkür etməklə və həmçinin əməli ibadət yolu ilə bu mərtəbələrə yüksələ bilər.

2. Peyğəmbərə (s) iman gətirib onun nübüvvətini etiraf etmək:

Peyğəmbər (s) buyurur:

ثُمَّ الْايمانُ بى وَالْاِقْرارُ بِاَنَّ اللّهَ تَعالى اَرْسَلَنى اِلى كافَّةِ النّاسِ بَشيراً وَ نَذيراً وَ داعِياً اِلَى اللّهِ بِاِذْنِهِ وَ سِراجاً مُنيراً.

(İkinci mərhələdə) mənə iman gətirib, Allahın məni Öz izni ilə bütün insanlara behişt müjdəsi vəd edib, cəhənnəm əzabı ilə qorxutduğunu, onları haqqa dəvət edən bir peyğəmbər olaraq göndərdiyini insanlar üçün hidayət çırağı qərar verdiyini etiraf etməlisən.”

Qurani-Kərim və rəvayətlərdə Peyğəmbər (s) haqqında zikr edilən sifətlərin hər birinin təfsirə və izaha ehtiyacı vardır. Əgər Peyğəmbərin (s) həqiqətən Allahın elçisi olduğu barədə imanımız güclü və kamil olarsa, içimizdə baş qaldıran bir çox şübhələr aradan gedər. İmanı süst olan müsəlmanların əksəriyyətinin Peyğəmbər (s) barəsində şəkk-şübhəyə düşmələrinin əsas səbəbi, ona olan iman və mərifətin zəifliyindən və yetərli olmamasından irəli gəlir. Bu şübhələr getdikcə dərinləşir və onların düz yoldan azması və küfrə sürüklənməsi üçün zəmin yaradır. Çünki onların Peyğəmbərin (s) sözünün doğruluğunu qəbul edəcək qədər imanları yoxdur. Bunlardan bəzilərinin əqidələrinə görə, Peyğəmbərin (s) gətirdiyi şəriət bizim zamanın tələblərinə cavab vermir. Bu hökm və qanunlar o zamanlar Ərəbistan yarmadasında yaşayan vəhşi ərəblər üçün gəlmişdir və müasir dövrdə həmin qanunlara ehtiyac duyulmur!.

Bu sözlər Allah Rəsuluna (s) yanlış etiqadın nəticəsidir. Əgər Peyğəmbərin (s) buyurduğu “ərsələni ila kaffətin-nas” (məni bütün insanlar üçün göndərdi) kəlamını yəqinliklə qəbul etsəydilər, heç vaxt onun peyğəmbərliyini məxsus bir zaman və millət üçün məhdudlaşdırmazdılar. Həqiqətdə demək olar ki, dində yaranan əksər şübhələr, Allahın Rəsuluna (s) və onun gətirdiyi şəriətə imanın zəifliyindən irəli gəlir.

3. Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət:

Peyğəmbər (s) buyurur:

ثُمَّ حُبُّ اَهْلِ بَيْتى الَّذينَ اَذْهَبَ اللّهُ عَنْهُمُ الرِّجْسَ وَ طَهَّرَهُمْ تَطْهيرا

(Üçüncü mərhələdə) sənə, Əhli-beytimə məhəbbətli olmağı nəsihət edirəm. O kəslər ki, Allah-Taala onları hər cür nöqsan pisliklərdən uzaq edib, pak-pakizə qərar vermişdir.

Əhli-beytin (ə) əzəmətini dərk etmək və onların uca məqamlarına çatmaq, həqiqətdə, çətin bir məsələdir. O həzrət ömrünün axırlarında müsəlmanlara iki ağır əmanəti tövsiyə edir:

اِنّى تارِكٌ فيكُمُ الثِّقْلَيْنِ كِتابَ اللّهِ وَ عِتْرَتى...

“Özümdən sonra sizə iki böyük əmanət qoyub gedirəm: biri Allahın kitabı (Quran), digəri Əhli-beytim

Əhli-beytə məhəbbətin bu dərəcədə təkid olunması, onların Peyğəmbərlə (s) qohum olmaları səbəbindən deyil. Belə olsaydı, Peyğəmbərin (s) bir neçə həyat yoldaşı var idi ki, onlar barəsində də Əhli-beyt üçün buyurulan təkidlər olunardı. Lakin məlumdur ki, onlar haqqında heç bir xüsusi göstəriş verilməmişdir. Əhli-beyt barəsində olan təkidlər Allahın onları hər cür eyib və çirkinliklərdən pak qərar verməsi səbəbindəndir. (“Rəhe-tuşe” – Axirət azuqəsi, 1-ci cild, Ayətullah Misbah Yəzdi, səh. 25-29.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru