Bəqərə, 70. Dedilər: «Bizə görə Rəbbini çağır, onun hansı inək olduğunu bizə aydınlaşdırsın. Həqiqətən, bu inək (onun necəliyi) bizə qaranlıq qalıb və əlbəttə, Allah istəsə, biz doğru yolu tapanlardanıq».

Həzrət Əli (ə) buyurur: “Məzluma kömək və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir.”



MÜRÜVVƏT VƏ QƏHRƏMANLIQ

İlahi, Sənin hökmünə razıyam, Sənin əmrinə təsliməm və Səndən başqa bir məbud yoxdur, ey sığınacaq istəyənlərin sığınacağı!

Tarix : 06-10-2017 08:27

Alimlər daim insanların ruhiyyəsi üçün şəxsiyyət açarı tapmağa çalışmış və demişlər ki, hər bir şəxsiyyətin özünəməxsus açarı var. Əgər onu tapa bilsən, onun həyatını başdan-başa izah edə bilərsən. Əlbəttə, insanların, xüsusilə də, dahilərin şəxsiyyət açarını əldə etmək çox çətindir. Misirin mütəfəkkir alimlərindən olan Abbas Mahmud Əqqad “Əbqəritul-İmam” adlı əsərində yazır: “Mən Əlinin (ə) şəxsiyyət açarını mərdlikdə axtarıb tapdım. Əli (ə) bir şəxsiyyətdir ki, həyatının bütün sahəsinə (istər döyüş meydanında, istər ailə mühitində, istər ibadət mehrabında, istər siyasətdə, ümumiyyətlə, hər bir sahədə) mərdlik ruhiyyəsi hakim idi. Mərdlik şücaətdən üstündür.”

Mövlana Rumi isə, təqribən, ondan yeddi yüz il öncə bu incəliyi dərk edərək yazmışdır: “Həzrət Əlidə (ə) şücaətdən üstün bir cəhət vardır. Məşhur tarixi rəvayətdə deyilir ki, həzrət Əli (ə) düşmənini (Əmr ibn Əbdəvüd) yerə yıxıb öldürmək istədikdə, düşmən o həzrətin üzünə tüpürür. Həzrət həmin an onu öldürmür, ayağa qalxıb bir az gəzir, sonra gəlib onun başını kəsir. Düşmən ölümündən qabaq o həzrətdən: “Məni niyə yerə yıxdıqdan dərhal sonra öldürmədin?” – deyə soruşduqda, Həzrət cavab verir: “Çünki mən öz qəzəbimin təsiri altına düşmüşdüm, istəmədim ki, o zaman əlim hərəkətə gəlsin. Axı onda başını kəssəydim, səni öz qəzəbimin təsiri altında ikən öldürmüş olardım. Amma mən səni Allahın razılığı əsasında öldürmək istədim.”

Mövalana o həzrət barəsində necə də gözəl deyib:

تو ترازوی احدخو بوده‌ای                   بل زبانهٔ هر ترازو بوده‌ای

“Sən ilahi tərəzinin ölçüsü olubsan,

Sən hər bir ölçünün dili olubsan.”

در شجاعت شیر ربانیستی                   در مروت خود کی داند کیستی

“Şücaətdə Allahın aslanısan,

Mürüvvətdə özün bilirsən ki, kimsən!”

Demək, onun da fikrincə, imam Əlinin (ə) şəxsiyyətinin açarı mürüvvət, mərdlik və alicənablıqdır.

İmam Hüseyn (ə) şəxsiyyətinə gəldikdə isə, Əllamə Şəhid Mürtəza Mütəhhərinin qeydlərinə əsasən, o həzrətin şəxsiyyətinin açarı qəhrəmanlıq, möhkəmlik, müqavimət və güclü haqpərəstliyidir. O yazır: Mən o həzrətin həyatı ilə bağlı oxuduqlarımdan, kəlamlarından, çıxışlarından, mütaliə etdiyim Aşura tarixindən, nəsihətlərindən və şüarlarından bu qənaətə gəlmişəm. İmam Hüseyndən (ə) nəql olunan kəlamlar nadirdir, amma əlimizdə olanlar həmin əhval-ruhiyyədən bəhs edir. Misal üçün:

موتٌ في عِزٍّ خَيرٌ مِن حَياةٍ في ذُلٍّ

1. “İzzət və şərəflə ölüm zillətlə yaşamaqdan yaxşıdır.” )”Biharul-ənvar”, 44-cü cild, səh.192, hədis 4.)

الموتُ خيرٌ من رُكُوبِ العارِوالعارُ أولى من دُخُولِ النارِ

2. “Ölüm rüsvayçılığı qəbul etməkdən yaxşıdır, rüsvayçılıq isə cəhənnəm oduna atılmaqdan yaxşıdır.” )”Biharul-ənvar”, 44-cü cild, səh.192, hədis 4.)

وَاللّه لا أُعطيكُم بِيَدي إعطاءَ الذَّليلِ وَلا أُفِرُّ فِرارَ العَبيدِ

3. O həzrət düşmənlərə xitabən buyurmuşdur:

“And olsun Allaha, mən nə zəlilliklə əlimi sizə verəcəyəm, nə də kölələr kimi qaçacağam.” (“Əl-irşad”, səh.235.)

إن لَم يَكُن لَكُم دينٌ وَ كُنتُم لا تَخافونَ المَعادَ فَكونوا أَحراراً فى دُنياكُم

4. “Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa, heç olmasa, dünyanızda azad olun.” (“Biharul-ənvar”, 45-ci cild, səh.51.)

النَّاسُ عَبِيدُ الدُّنْيَا، وَ الدِّينُ لَعِقٌ عَلَى أَلْسِنَتِهِمْ، يَحُوطُونَهُ مَا دَرَّتْ مَعَايِشُهُمْ، فَإِذَا مُحِّصُوا بِالْبَلَاءِ قَلَّ الدَّيَّانُون

5. “İnsanlar dünyanın quludurlar, din isə onların dillərinin lağlağısına çevrilib. Din sayəsində yaşadıqları müddətdə onun ətrafında gəzib-dolaşırlar, amma imtahan zamanı gəlib çatdıqda, dindarların sayı azalır.” (“Biharul-ənvar”, 44-cü cild, səh.383.)

فَاِنِّى لاَ اَرَى الْمَوْتَ اِلاَّ سَعَادَةً وَ الْحَيَاةَ مَعَ الظَّالِمِينَ اِلاَّ برما

6. “Həqiqətən, mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm.” (“Tühəfül-üqul”, səh.276.)

İmam Hüseynin (ə) son nəfəsinə qədər rəftarı, əməli, hərəkəti, sükunəti və sözləri tamamilə haqsevərlik, haqpərəstlik və qəhrəmanlıq dalğalarıdır. Aşura günü bir vaxt gəlib çatır ki, imam Hüseyn (ə) bütün gücünü itirir. Oxatan zalımlardan biri zəhərli oxu kamana qoyub o həzrətə tərəf atır. Ox Həzrətin sinəsinə sancılır. Həzrət ixtiyarsız olaraq yerə yıxılır və heç zaman arxa çevirmədiyi qibləyə üz tutub deyir:

إلهِى رِضًى بِقَضائِکَ تَسلِیمًا لأمْرِکَ لا مَعبودَ سِواکَ یا غِیاثَ المُستَغیثینَ

“İlahi, Sənin hökmünə razıyam, Sənin əmrinə təsliməm və Səndən başqa bir məbud yoxdur, ey sığınacaq istəyənlərin sığınacağı!” (“Məqtəlül-Hüseyn”, Müqərrəm, səh.367; “Həmaseyi-Hüseyni”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, səh.79-86.)

Budur ilahi qəhrəmanlıq, budur insani qəhrəmanlıq! (Maide.az)

 


Teqlər : MÜRÜVVƏT - - QƏHRƏMANLIQ -

Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:36
06:56
12:25
18:08
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.