Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız.("Bəqərə" surəsi 21)

Həzrət Məhəmməd (s) buyurur:
“Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”



MÜBARƏK RƏCƏB AYININ İLK CÜMƏ AXŞAMI

-- “LEYLƏTUR-RƏĞAİB” (İSTƏKLƏR GECƏSİ) VƏ MƏXSUS ƏMƏLLƏR

Tarix : 21-03-2018 19:03

Rəcəb ayının ilk cümə axşamı (Rəcəb ayının ilk cümə axşamından ilk cüməsinə keçən gecə – Martın 22--) “Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən, həmin gecəyə məxsus əməlləri yerinə yetirən şəxsə çoxlu bərəkət və savablar əta olunar. İslam Peyğəmbərindən (s) nəql olunur ki, Rəcəb ayının ilk cümə axşamından qafil olmayın ki, bu gecəni mələklər “istəklər gecəsi” adlandırırlar.

Rəcəb ayının ilk cümə axşamını ehya saxlamaq, dua, münacat və raz-niyazla məşğul olmağın, eləcə də, həmin günü oruc tutmağın fəzilət və savabı olduqca çoxdur.

Ən mühüm əməl isə (İslam Peyğəmbərindən (s) nəql olunduğu kimi) “Şam” və “Xiftən” namazlarının arasında (iki rükətli) on iki rükət namaz qılmaqdır. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Qədr” və on iki dəfə “İxlas” surələri deyilir və namazdan sonra aşağıdakı zikr deyilir:

اللهم صل علی محمد النبی الامی و علی آله

“Əllahummə səlli əla Muhəmmədinin-nəbiyyil ummiyyi və əla alihi!”

Ondan sonra səcdəyə gedilir və səcdədə yetmiş dəfə bu zikr deyilir:

سبوح قدوس رب الملائکة والروح

“Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!”

Səcdədən qalxıb yenidən səcdəyə gedərək bu zikr deyilir:

رب اغفر وارحم و تجاوز عما تعلم انک انت العلی الاعظم

“Rəbbiğfir vərhəm və təcavəz əmma tə`ləm, innəkə əntəl əliyyul əzim!” Bu dəfə də səcdədən qalxıb, yenidən səcdəyə gedədək aşağıdakı zikr deyilir:

سبوح قدوس رب الملائکة والروح

“Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!”

Sonra Allah-Taaladan hacətlərin dilə gətirilməsi tövsiyə olunur!

İslam Peyğəmbərindən (s) bu namazın fəziləti ilə bağlı belə nəql olunur: “Hər kim “Rəğaib” (istəklər) gecəsi bu namazı qılsa, qəbrin birinci gecəsində həmin namazın savabı onun müqabilində gözəl, gülərüz və parlaq simada zahir olar və şirin dillə ona deyər: “Ey mənim dostum! Sənə müjdə verirəm ki, hər bir çətinlik və ağrı-acılardan nicat tapdın.” Namaz qılan şəxs deyər: “Sən kimsən? Mən indiyə qədər belə gözəl sima görməmişdim, sözündən şirin bir söz eşitməmişdim, qoxundan da ətirli bir qoxu duymamışdım.” Cavabında deyər: “Mən, sənin “Rəğaib” gecəsi qıldığın namazam. Bu gecə sənin haqqını ödəmək, sənə tənhalığında həmdəm olmaq, vəhşət və qorxunu səndən uzaqlaşdırmaq üçün gəlmişəm. Qiyamət “sur”u (sədası) çalındığı zaman mən qiyamət səhnəsində sənin üzərinə kölgə salaram. Elə isə şad ol ki, xeyir-bərəkət səndən uzaq düşməyəcək.”

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)

Rza Şükürlü

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:29
05:56
12:40
19:39
23:56
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

20-04-2018 15:41