Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən, Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik». Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm». ("Bəqərə" surəsi 30)

İmam Həsən (ə) buyurur:
“İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”



MÖMİN VƏ FİRAVAN HƏYAT TƏRZİ

-- İslam müsəlmanların varlı olmasını bəyənir

Tarix : 28-05-2018 13:52

Ayə və rəvayətlərdə zöhd, qənaət, izzəti-nəfs, bir sözlə, mənəvi saflıq haqqında nəsihətlər çoxdur. Əsas məsələ budur ki, insan dünyanın aludəliklərinə bulaşmamalı, dünya ləzzətlərinə əsir olmamalıdır. O, bu dünyanın müvəqqəti olmasını anlayıb əbədi axirət səadəti haqqında da düşünməlidir.

Dünya həyatı qısa olsa da, bu qısa həyat insanın aqibətini təyin edir. İnsanın axirət səadəti məhz bu dünyada müəyyən olunur. Bu baxımdan dünya həyatımızın dəyəri çox böyükdür. Amma yaxşı nəticələr əldə etmək üçün dünya həyatının hər dəqiqəsinin qiymətini bilmək lazımdır. Təbii ki, insan öz ehtiyaclarını ödəmək üçün ömür boyu çalışır. Fərdi və ictimai vəzifələr olmasaydı, insanın imtahanı da mümkün olmazdı. Seçim prosesini yaşayan insan təkamül yoluna qədəm qoyur. İnsan pislə yaxşı arasında yaxşını seçməklə behiştə çata bilir.

Sual oluna bilər ki, insan qarşısına çıxmış işləri planlaşdırarkən hansına üstünlük verməlidir. Məsələn, gənc iki yol ayrıcında qalıb; oxumağa getsin, yoxsa işləməyə? İdman faydalıdır, yoxsa istirahət? Əsas suallardan biri isə budur: dünya həyatı üçün nə qədər çalışmaq olar? Bu sualın fərdi və ictimai baxımdan iki cavabı vardır. Fərdi baxımdan əsgərlə əkinçinin vəzifələri fərqlidir.

İctimai baxımdan bu suala cavab vermək üçün iqtisadi inkişafa İslam prizmasından baxmalı olacağıq.

İnsan firavan həyat, var-dövlət üçün çalışmalıdırmı? İndi bütün ölkələrdə cəmiyyəti iqtisadi böhrandan çıxarmaq üçün iqtisadi inkişaf proqramları hazırlanır. İslam iqtisadi inkişaf proqramını qəbul edirmi? İnsanlar vaxtının daha çoxunu işə sərf edib nəticədə varlı olmalı, yoxsa sadə qidalarla keçinib ibadətə üstünlük verməlidirlər? Bu mövzu konfranslarda, seminarlarda çox araşdırılır. Hətta İslamı bir neçə əsr geridə görməyi öyrənənlər dini iqtisadi inkişafla üz-üzə qoydular. Onlar öz məntiqsiz fikirlərinə əsaslanaraq haray çəkirdilər ki, iqtisadi inkişaf gəlsə, din əldən çıxacaq.

Bəs həqiqət necədir? Doğrudanmı insanlara səadət yolunu göstərən bir din onları kasıbçılığa çağırır? Doğrudanmı varlı adam pis adamdır? Əgər İslam var-dövlətə belə münasibət göstərirsə, nə üçün Allahın peyğəmbəri Süleyman (ə) Ondan var-dövlət istəyir?:

رَبِّ اغْفِرْ لِي وَ هَبْ لِي مُلْكاً لا يَنْبَغِي لِأَحَد مِنْ بَعْدِي

Pərvərdigara, məni bağışla mənə kimsənin nail ola bilməyəcəyi mülk əta et!” (“Sad” surəsi, ayə 35.)

Süleymanın büllur saraylarını XXI-ci əsrin hansı tikilisi ilə müqayisə etmək olar?! Bu saraya daxil olan Bilqeys islanmasın deyə, ətəklərini qaldırır. Ona belə deyilir:

إِنَّهُ صَرْحٌ مُمَرَّدٌ مِنْ قَوارِيرَ

Bu büllurdan tikilmiş bir saraydır.” (“Nəml” surəsi, ayə 44.)

Həzrət Peyğəmbər (s) və məsum imamlar (ə) haqqında məlumat verilir ki, bu ilahi şəxsiyyətlər ildə onlarla qul azad edərmişlər. Belə bir böyük iş üçün hər insanda imkan olmayıb. İmam Həsən (ə) həyatında bir neçə dəfə bütün var-dövlətini kasıblara paylamış, fəqirlərə çatan qədər özünə də pay götürmüşdü. İmamların sadə geyinib sadə yaşaması və sadə yeməsi o demək deyil ki, imamlar kasıb olub.

Demək, İslam müsəlmanların varlı olmasını bəyənir. Müsəlmanı zəlil, ac, savadsız, ev-eşiksiz görmək İslamın yox, İslam düşmənlərinin istəyidir. İşləmək, qazanmaq, Allah yolunda xərcləmək olduqca böyük savaba malikdir. Amma dünyaya könül verib dünya sərvətinə çatmaq üçün bütün müqəddəslikləri ayaq altına almaq, Allahı yaddan çıxarıb haram yollara əl atmaq, başqalarına haqqına təcavüz etmək ən böyük bədbəxtçilikdir.

Əsas məsələ budur ki, insan dünyaya könül verməsin. Mümkündür ki, Allah rizasına görə ağa öz sürüsündən keçə, çoban isə çomağından keçməyə. Demək, qorxu varlı olmaq yox, bu vara bağlı olmaqdır.

Demək, iqtisadi inkişaf möminlik ruhuna zidd deyil. Pul məqsədə çatmaq üçün vasitədir. Amma pulu əlinə almaqdan ləzzət duyanlar onu xərcləmək yox, toplamaq barədə düşünürlər. Qəpik-qəpik yığdığı pulları xəzinələrdə dondurub Allahın hüzuruna əliboş gedən milyonçuların sayı olduqca çoxdur! Xəzinələrdə milyardlar yığılmışkən bir qarın çörəyə möhtac milyonların sayı olduqca çoxdur! Xoş o insanın halına ki, Allahı unutmadan, Onun şəriətini ayaq altına almadan, harama-günaha qurşanmadan, ibadətdən ayrılmadan zəhmət çəkib halalca var-dövlət qazanır və bu var-dövlətdən öz ehtiyacını təmin etdiyi kimi, ehtiyaclıların da ehtiyaclarını ödəyir! (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 20-ci dərs, səh.175-181.)

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:41
05:23
12:47
20:26
23:56
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

16-07-2018 11:35