M.Ələvi: `Səudiyyə Ərəbistanı İranda terror aktları həyata keçirmək üçün 12 terror qrupu hazırlayıb`

M.Ələvi: `Səudiyyə Ərəbistanı İranda terror aktları həyata keçirmək üçün 12 terror qrupu hazırlayıb`

Səudiyyə Ərəbistanın casusluq təşkilatlarından biri  İranda terror aktları həyata keçirmək üçün 120 nəfərdən ibarət 12 terror qrupu hazırlayıb.  
 
Maide.Az xəbər verir ki,  Fars agentliyinin məlumatına görə, bunu bu gün İran İslam Respublikasının təhlükəsizlik naziri Mahmud Ələvi jurnalistlərə deyib. "Ərəbistanın casusluq təşkilatı hər əməliyyat üçün 500 min dollar vəsait ayırıb. Səudiyyə Ərəbistan hər ay hər bir  terrorçuya 2-3 min dollar pul verir. Əgər onlardan hər hansı biri ölərsə, terrorçuların ailələrinə  10 min dollar ödənilir.”
 
M.Ələvi deyib ki, Səudiyyə Ərəbistan,  bəzi region və hegemon ölkələrinin casusluq təşkilatları  İranın cənub şərqində sərhədlərdən kənarda  “xəstə”adamları tapır və təşkilatlandırırlar.  "düşmənlər  İran İslam Respublikasında sabitsizlik yaratmağa çalışırlar. Təkfirçi və terrorçu qruplar  hegemon ölkələrin casusluq şəbəkələrinin əlində  kukla kimi vasitədirlər. ” 
 
M.Ələvi İŞİD  terror qruplaşmasının sərkərdələrindən olan  Əbu Həfs Əl-Bluşinin öldürüldüyünü və terror qruplaşmasına üzv digerlərinin İranın müxtəlif bölgələrində həbs edildiyini vurğulayıb.
 

Google+ WhatsApp ok.ru