MŞ-nin 5 aprel mitinqinə müsavatçılar da qatılacaq

Sahibkarlara mitinqə dəstək üçün müraciət ünvanlandı.
 
Milli Şuranın 5 aprel saat 15:00-da “Məhsul” stadionunda “Talana son!” şüarı ilə keçirmək istədiyi mitinqlə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyəti hələ cavab verməyib. Təşkilatçılar isə mitinqə hazırlıqları davam etdirirlər. Milli Şuraya daxil olan AXCP bu işdə xüsusi fəallıq göstərir. Rayon təşkilatlarında mitinqə hazırlıqla bağlı toplantılar keçirilir.
 
Mitinqdə iştirak üçün Milli Şuradan kənarda olan partiyalara heç bir müraciət və ya təklif edilməyib. Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bu barədə deyib ki, belə bir müraciət edilməsi nəzərdə tutulmayıb, mitinq hamı üçün açıqdır, kim istəsə qatıla bilər. 
 
Qeyd edək ki, Milli Şuranın 15 martda bahalaşma əleyhinə keçirdiyi mitinqə Müsavat Partiyasının üzvləri də qatılmışdı. 5 aprel mitinqində iştirak məsələsində də partiya Divanı üzvlərə sərbəstlik verib. 

Google+ WhatsApp ok.ru