Mətbuat Şurası və MTRŞ Azərbaycan dili ilə bağlı tədbir keçirib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurası və Milli Televiziya və Radio Şurasının Azərbaycan dili ilə bağlı birgə tədbiri keçirilib.
 
Musavat.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. Daha sonra tədbirdə son 3 il ərzində ölkə mətbuatında Azərbaycan dilinin qaydalarına hansı səviyyədə riayət edilməsiylə bağlı hesabat təqdim olunub.  
 
Bu məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də öz fikirlərini bildirib. 
 
Tədbirdə professor Nəsir Əhmədliyə dilimizlə bağlı göstərdiyi xidmətlərinə görə mükafat verilib.
 

Google+ WhatsApp ok.ru