Məşəl: Ərəblər bizi tək qoydu

Fələstin müqavimətinin "Qərb sahili, Qüds və bütün Fələstin xilas olana qədər qələbə yolunda irəliləməyə davam edəcəyini söyləyən Həmas Siyasi Bürosunun başçısı Xalid Məşəl, "bəzi ərəb ölkələri bizi çətin zamanda tək qoydu, amma biz onları bağışladıq" deyib.
 
Maide.az-ın məlumatına görə, təşkilatları və partiyalarıyla Fələstin xalqına dəstək verən Livana təşəkkür edən Məşəl, "Həmas Livanın təhlükəsizlik və sabitliyini istəyir. Bizlər Livanın xüsusiyyətlərinə hörmət edir və daxili işlərini qarışmırıq. Öz yurdumuza dönənə qədər, burada qonağıq", - deyə bildirib.

Google+ WhatsApp ok.ru