Məktəbdə şagirdi qətlə yetirən şəxsin şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən  Kamran Nəcəfovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
 
Prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
 
Qeyd edək ki, 2013-cü il oktyabrın 17-də Nizami rayonu ərazisində yerləşən 10 №li orta məktəbin həyətində Kamran Nəcəfov xuliqanlıq niyyəti ilə lisey şagirdi olan Famil Gülüşovu bıçaqlayaraq qətlə yetirib.
 
Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə K.Nəcəfov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Google+ WhatsApp ok.ru