Mərakeş və Əlcəzair arasında yeni gərginlik

Əlcəzairdəki Mərakeş səfirliyi müşavirinin Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilir.
 
Maide.az xəbər verir ki, adı açıqlanmayan müşavirin Mərakeşli yüksək çinli səlahiyyətlilərin Əlcəzairli əsgərlərin Mərakeş vətəndaşlarına atəş açdığı istiqamətindəki ittihamlarından məmnuniyyətsizliyini bildirmək üçün çağırıldığı bildirilir.
 
Açıqlamsda Xarici İşlər Nazirliyinin mətbuat katibi Abdulhamid Sənusi Mərakəşein ortaya atdığı iddiaları qəti şəkildə rədd etdiyi və Əlcəzairin davamlı təkrarlanan bu ittihamlardan narahatlığı dilə gətirilib.
 
Bundan əlavə Əlcəzairin bu cür provokasiyalara yer verməyəcəyi və qonşuluq əlaqələrinin zərər görməməsi üçün gərginliyi artıracaq addımlar atmayacağı da bildirilir.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Mərakeşin hökumət səlahiyyətliləri Əlcəzair əsgərlərinin iki ölkə sərhədində vətəndaşlara atəş açdığını açıqlamış, Əlcəzair rəhbərliyi isə Mərakeşli bir qrup qaçağın daş atmasından sonra əsgərlərin yalnız havaya atəş açdığı istiqamətində cavab vermişdi.

Google+ WhatsApp ok.ru