`Məşədi Dadaş` məscidində möhtəşəm əzadarlıq keçirilir(foto)

Məhərrəmlik ayı daxil olandan sonra dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da müxtəlif mərasimlər keçirilir, İmam Hüseyn (ə) adından ehsanlar verilir.
 
Maide.az "İslamazeri"yə istinadən xəbər verir ki, belə mərasimlərdən biri Bakıda "Məşhədi Dadaş" məscidində olub. Havanın soyuq olmasına baxmayaraq, İmam Hüseyn (ə) üçün əzadarlıq etməyə yüzlərlə insan toplaşıb.
 
Məscidin imam-camaatı, ilahiyyatçı-alim Hacı Şahin Həsənov geniş şəkildə maarifləndirici  moizə oxuyub. O, Kərbəla hadisəsinin baş vermə səbəblərini və bu hadisənin təfərrüatları haqqında söz açıb. Bildirib ki, bu ayda İmam Hüseyn, onun ailə üzvləri və tərəfdarları şəhid olublar. 
 
Qeyd edək ki, "Məşədi Dadaş" məscidi  müsəlman-şiələrin toplaşdığı məscidlərdən biridir. Burada hər il "Aşura" günü minlərlə insanların izdihamlı əzadarlığı müşahidə olunur.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru