Məşhəddə `Qadına zorakılığa yox!` konfransı keçirilib

Maide.az-ın məlumatına görə, İranın Məşhəd şəhərində Zorakılıqdan Təmizlənmiş Dünya simpoziumu keçirilib. 
 
İran prezidentinin müavini Şehindoht Mollaverdi Məşhəddə keçirilən Zorakılıqdan Təmizlənmiş Dünya simpoziumunda çıxışında qadına zorakılıq məsələsinin qloballaşdığını və əhatəli olduğunu, dünya cəmiyyətinin isə bu problemlə mübarizəyə başladığını bildirib.
 
Mollaverdi qadın məsələsində qəzaların araşdırılması zərurətinə işarə vuraraq, qadına tətbiq olunan fiziki və psixoloji zorakılığın təhlükəli nəticələri olduğunu, bu problemlə mübarizədə dünya miqyasında həmrəyliyin zərurətini qeyd edib.
 
Şehindoht Mollaverdi əlavə edib ki, cəmiyyətdə qadına zorakılıq mühiti təşkil edən bütün qanunların ləğvu lazımdır.

Google+ WhatsApp ok.ru