Məşhur aktyor hücumunun arxasında milyonlarla insanı öldürən Qərbin olduğunu bildirdi

İspaniyanın ən məşhur aktyorlarından olan Villi Toledonun Fransanın paytaxtı Parisdəki həyata keçirilən qətliamdan sonra verdiyi bəyanatlar ölkədə böyük polemikaya səbəb olub.
 
Maide.az xəbər verir ki, ispan aktyor Toledo sosial mediada bölüşdüyü fikirlərində "Çarli Hebdo" təcavüzünün arxasında gündə milyonlarla insanı öldürən Qərbin olduğunu söyləyib. Aktyor Villi Toledo mesajında, "Siz heç bir səs çıxarmadan gündə milyonlarla insanı öldürürsünüz, onların bu hadisələr qarşısında səssiz qalacağınımı düşündünüz", - deyib.
 
Pentaqon və NATO-nun bombalı hücumlarının ölkələri yox edəcək səviyyəyə gəldiyinə diqqət çəkən məşhur aktyor, "Bu hadisələrə qarşı tənqidlərimi dilə gətirəcəyəm, məqsədim yalnız sizin yaddaşınızı təzələməkdir" açıqlamasını verib.
 
Parisdəki hücumu lənətləndiyini, şiddətlə qınadığını da xatırladan İspan aktyor, bu qətliam ilə hər kəsin papağını qarşısını qoyaraq yaxşı düşünməsi lazım olduğunu bildirib.
 
Villi Toledo bir müddət əvvəl də Avstraliyada bir kafeyə qarşı təşkil olunan hücumdan sonra yazdığı twitdə, "Adamın biri kafeyə girir, içerdəkiləri girov götürür, heç bir zərər yoxdur, sonra polis basqın təşkil edir 3 nəfər ölür. Nəticə dünyada İslama qarşı radikalizm fikirlər artır" demişdi.

Google+ WhatsApp ok.ru