Məhəmməd peyğəmbərin şərəfinə yürüş - (Video) 29 Yanvar 2015 02:00 Dünya Avtomobillər "Mahaçqala-Simferopol" marşrutu ilə hərəkət edəcək. Avtoyürüş Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsinə etiraz etmək üçün təşkil edilib. Yürüşdə 120-dən çox avtomobil iştirak edəcək. Yolboyu daha onlarla avtomobilin yürüşə qoşulacağı deyilir. Belə ki, istəyən hər kəs bu yürüşə qoşula bilər. Avtomobillər Dağıstan, Çeçenistan, İnquşetiya və Şimali Osetiyadan keçəcək. Şüar isə belədir: "Biz Məhəmməd peyğəmbəri sevirik!" və "Biz karikaturaların əleyhinəyik!". İştirakçılar Simferopola çatan günü birlikdə namaz qılacaq, səhəri gün geri yola düşəcəklər. Qeyd edək ki, bundan əvvəl də bir sıra ölkələrdə Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturalarının çəkilməsinə etiraz aksiyaları keçirilib. Yanvarın 17-də İnquşetiyanın Maqas şəhərində etiraz aksiyalarına 20 minə yaxın, yanvarın 19-da isə Çeçenistandakı aksiyalarda milyona yaxın insan iştirak etmişdi.ANS Teqlər : #Məhəmməd peyğəmbərin şərəfinə yürüş (Video), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Netanyahu Hizbullahla qarşıdurmaya getməkdən çəkinib” İŞİD İraqda işğal etdiyi ərazilərin 60 faizini əldən verib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO