Məhkəmədə qardaşının qisasını aldı

Balakəndə iki ay əvvəl həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalında qətlə yetirilib.
 
Maide.az xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasında APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  Balakən RMX-nın Təcilli Yardım Stansiyasına  fevral ayının 4-ü axşam saat 17:45 radələrində Balakən Rayon Məhkəməsinin binasında bir nəfərin bıçaqlanması barədə çağırış daxil olub. Hadisə yerinə gedən həkim briqadası tərəfindən aparılan müayinə və araşdırma zamanı məlum olub ki, məhkəmə prosesində təqsirləndirilən, rayonun Qullar kənd sakini,  1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Xanpəriyev ağır bıçaq xəsarətləri alıb və o aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.
 
Qətlə yetirilmiş Məhəmməd Xanpəriyevin atası İlham Xanpəriyevin verdiyi məlumata görə, hadisə Balakən Rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun otağında baş verib. Belə ki, Rafiq Kazımovun otağında aparılan məhkəmə prosesində  oğlu Məhəmməd Xanpəriyevi qarşı tərəf, həmkəndlisi olan 1996-cı il təvəllüdlü Elşən Etibar oğlu Xipiyev tərəfindən bıçaqlanaraq qətlə yetirib. Məhəmməd Xanpəriyev aldığı ağır  bıçaq xəsarətlərindən hadisə yerində ölüb.
 
Hadisə ilə bağlı Balakən rayon hüquq mühafizə orqanlarından verilən məlumata görə, hadisəni törədən Elşən Xipiyev həbs edilərək istintaqa təhvil edilib.Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
 
Qeyd edək ki, qətlə yetirilən Məhəmməd Xanpəriyevlə hadisəni törədən Elşən Xipiyev arasında olan münaqişə ötən ilin dekabr ayının əvəllərindən başlayıb. Belə ki, ötən ilin dekabr ayının 9-u məhkəmə prosesində qətlə yetirilən  Məhəmməd  Xanpəriyevlə   həmkəndliləri 1991-ci il təvəllüdlü İlham İsak oğlu Xipiyev və İlham Xipiyevin qardaşı oğlu, Elşən Xipiyevlə (məhkəmə prosesində hadisəni törədən)  şəxsi münasibətlər zəminində münaqişə  baş vermişdi. Münaqişə zamanı  Məhəmməd Xanpəriyev üzərində gəzdirdiyi bıçaqla İlham Xipiyevi və onun qardaşı oğlu Elşən Xipiyevi vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdi. Dekabr ayında bu  hadisəni törədən,  Məhəmməd Xanpəriyev  barəsində Balakən Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan qərarı çıxarılmışdı.  

Google+ WhatsApp ok.ru