Mərziyə Əfxəm Con Kerrinin ittihamlarını əksinə yönəltdi

`Bəyanatlar öz günahını başqasına yükləmə şəklindəki müdafiə mexanizmdən başqa bir şey deyil`

İran Xarici İşlər Nazirliyi sözçüsü Mərziyyə Əfxəm, ABŞ Dövlət Katibi Con Kerrinin, "İranın Yəmənə müdaxilə etdiyi" istiqamətindəki açıqlamalarına reaksiya göstərib.
 
Maide.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən yayımlanan bəyanatda Mərziyə Əfxəmin adından Kerrinin İranın Yəmən hökumətinin devrilməsinə kömək etdiyi istiqamətindəki açıqlamaları haqqında, "Bəyanatlar öz günahını başqasına yükləmə şəklindəki müdafiə mexanizmdən başqa bir şey deyil və ABŞ-lı siyasilərin daha əvvəl verdikləri açıqlamalarla da üst-üstə düşmür" ifadəsi işlədilib.
 
"İranın əsas prinsipinin xalqların öz talelərini özlərinin təyin etməsi" olduğunu dilə gətirən Əfxəm, açıqlamasında belə deyib: "Bütün tərəflər Yəmən xalqının öz müqəddəratını təyin etməsinə icazə verməli və ölkədəki bütün mexanizmlər xalqın iradəsinə əsaslanan olmalıdır. Yəməndəki siyasi proseslərə kənardan hər hansı müdaxilə böhranın davam etməsinə səbəb olacaq və ölkədə siyasi sabitliyin təmin olunmasına mane olacaqdır. Hər cür xarici müdaxilə, bu ölkənin şərtlərini daha da qarışıq bir hala salacaqdır".
 
Xatırladaq ki, ABŞ Dövlət katibi Con Kerri dünən Senatın Təsisatlar Komitəsində çıxışında, Yəməndə Husilərin hakimiyyəti ələ keçirməsinə və hökumətin devrilməsinə Tehranın yardım etdiyini söyləmiş və "İranın mübahisəsiz şəkildə buna töhfə verdiyini düşünürəm" demişdi.

Google+ WhatsApp ok.ru