Mənfi nəticələrin yumşaldılması üçün gömrük dərəcələri azaldılmalıdır

İstehlak bazarının idxal məhsulundan asılılığı çox yüksəkdir və manatın devalvasiyasının mənfi nəticələrinin (istehlak bazarına inflyasiya təzyiqi, işgüzar aktivliyin azalması) yumşaldılması üçün hökumət yaxın perspektivdə ərzaq və qeyri-ərzaq mallarına gömrük dərəcələrini azaltmalıdır, deyə müstəqil ekspertlər düşünür. 
 
Azərbaycanda bir çox ərzaq məhsulları idxal edilən xammal və yarımfabrikatlardan hazırlanır. Ölkədə istehsal edilən qənd, bitki yağları, çay və s. praktik olaraq, yalnız qablaşdırılır. Ona görə istehsal sektoru idxaldan asılıdır. Bu səbəbdən idxal rüsumu 15%-dən minimuma endirilməldiir və ya müvəqqəti çıxılmamalıdır. ƏDV nəzərə alınmaqla rəsmi gömrük vergisi 40%-dək təşkil edir.
 
Gömrük ən çox korrupsiyaya uğramış orqanlardandır. Rəsmi yığımdan başqa, sahibkarlar rüşvət də verir, onun həcmi bəzən dövlət büdcəsinə köçürmələrdən çox olur. İdxalçılar qeyd edir ki, məsələn, 100 min dollarlıq mal idxal edəndə centlmen sazişi ilə mal $70 minə sənədləşdirilir. Bu halda vergi və rüsum $35-40 min yox, $25-30 min olur. Amma razılaşma alınmayanda mal $150 min sənədləşdirilir və sizdən $55-60 min tələb edirlər. 

Google+ WhatsApp ok.ru