Məşhəd İslam dünyasının `Mədəniyyət paytaxtı` elan edilib

İran İslami İrşad və Mədəniyyət Nazirliyi 2017-ci il üçün müqəddəs Məşhəd şəhərinin İslam aləminin mədəniyyət paytaxtı elan edilməsinin ölkə üçün qızıl bir fürsət ortaya qoyduğunu bildirib.
 
Maide.az-ın məlumatına görə, dünən İslam Dünyasının Mədəniyyət Paytaxtı Siyasət Şurasının üzvləri iclasında danışan İran İslami İrşad və Mədəniyyət naziri Əli Cənnəti İran İslam Respublikasının bu fürsətdən istifadə etməsi və öz mədəniyyətinin ölçülərini bütün dünyaya tanıtması lazım olduğunu söyləyib.
 
İsfahan şəhərinin də 2006-cı ildə İslam aləminin mədəniyyət paytaxtı seçildiyini xatırladan Cənnəti, indiyə qədər İslam aləminin mədəniyyət paytaxtına ev sahibliyi edən ölkə və şəhərlərin bu barədəki təcrübələrindən istifadə etmək lazım olduğunu bildirib.
 
Əhli-Beyt İmamlarının səkkizincisinin mübarək türbəsinin yer aldığı və İslam aləminin böyük diqqətini toplayan, hər il yerli və xarici 30 milyonundan çox zəvvarın ziyarət etdiyi Məşhəd şəhəri İranın şimal şərqində yerləşir və Xorasan əyalətinin mərkəzidir.

Google+ WhatsApp ok.ru