Məhkəmə Sirac Kərimlinin apellyasiya şikayətini təmin etməyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi “vucdan məhbusu” Sirac Kərimlinin narkotik maddənin qanunsuz saxlanması və satışı ittihamı üzrə 6 il azadlıqdan məhrum edilməsi barədə hökmdən şikayətini təmin etməyib.
 
Maide.az-ın məlumatına görə, bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib. Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.
 
Sirac Müsavat Partiyasının fəalı Raqif Kərimlinin oğlu və həmin təşkilatın sədr müavini Fərəc Kərimlinin qardaşıdır. O 6,5 il müddətinə azadlıqdan məhrum   edilib. Qardaşlar bir il öncə həbs olunublar.
 
Amnesty İnternational təşkilatı Sirac və Fərəc Kərimli qardaşlarını “vicdan məhbusu” sayır.

Google+ WhatsApp ok.ru